Üç göyərçin
Tanrı bir gün peyğəmbərinin birinə sandıq verdi və dedi:
- Bu sandığı sənə əmanət eləyirəm, ancaq nə olursa olsun içini açıb baxmayacaqsan.
"Yaxşı" dedi peyğəmbər. Bir müddət keçdi. Peyğəmbər sandığın içində nə olduğuyla çox maraqlanırdı. Nəticədə dayanamadı, sandığın qapağını azca aralayıb içinə baxdı. Amma sandığı açan kimi içindən bir sarı göyərçin, bir də mavi göyərçin uçdu. Peyğəmbər tez sandığı bağladı. Sandığın içində tək bir ağ göyərçin qaldı.
Tanrının yanına getdi, peyğəmbər gunahını bildirdi, çox utanırdı.
Tanrı dedi:
- Uçurtduğun o sarı göyərçin insanlar üçün əbədi həyat, yəni "ÖLÜMSÜZLÜK" idi. Uçurtduğun o mavi gəyərçin əbədi xöşbəxtlik, yəni "SÜLH, DOSTLUQ" idi.
- Sandığın içində qalan ağ göyərçin nədir?, dedi peygəmbər.
Tanrı cavab verdi:
O da əbədi "ÜMID"dir.
-O gündən bu yana insanlar yaşayırlar, muharibə eləyirlər, ölürlər, amma ümidlərini heç vaxt itirmirlər...
Ümidlərinizin uçub getməməsi diləyilə... |